“Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə güclü iqtisadiyyata malik, inkişaf edən dövlətə çevrilib”.
“İki sahil”in xəbərinə görə, bunu bu gün Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Moldova Parlamentinin sədr müavini Mixail Popşoy bildirib.
Mixail Popşoy deyib ki, Heydər Əliyev daim sülh və əməkdaşlığı təşviq edib: “Heydər Əliyev Moldova ilə münasibətlərin inkişafında mühüm rol oynayıb. Biz Azərbaycan xalqı və dövləti ilə dostluq münasibətlərinin inkişafında maraqlıyıq. Moldovadakı Azərbaycan diasporu və səfirinin münasibətlərimizin inkişafında rolunu da xüsusi qeyd etmək istəyirəm”.
Mixail Popşoy qeyd edib ki, Heydər Əliyevin xatirəsi daim yaşayacaq.