16 may 2023 10:42
581

Mel Gibson uzun fasilədən sonra yeni film çəkir

67 yaşlı Hollivud ulduzu, aktyor, rejissor Mel Gibson 7 illik fasilədən sonra yenidən film çəkir.

"İki sahil" “Haber Türk”ə istinadən xəbər verir ki, ssenarisi Jared Rosenbergə aid olan film “Uçuş riski” adlanır.

Filmdə baş rolu Mel Gibsonla “Fathers fight” serialında bir yerdə rol aldığı Mark Uolberqin ifa edəcəyi gözlənilir.

Xatırladaq ki, Mel Gibson sonuncu dəfə 2016-cı ildə “Hacksaw Ridge” filminin rejissorluğunu edib.