Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyinə yeni status verilib.
“İki sahil” xəbər verir ki, muzeyə Muxtar Respublika statusu verilib. Ulu öndərin zəngin və çoxşaxəli irsinin öyrənilib təbliğ edilməsindəki aktiv rolunu, zəngin fond eksponatlarını, müxtəlif səciyyəli elmi konfransların, seminarların, interaktiv dərslərin, görüşlərin təşkil edilib keçirildiyini və muxtar respublikanın həyatında müstəsna rolunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 10 may 2023-cü il tarixli Qərarı ilə Heydər Əliyev muzeyinə muxtar respublika statusu verilib.
Qeyd edək ki, Heydər Əliyev muzeyinə “muxtar respublika” statusunun verilməsinə görə muzey əməkdaşlarının aylıq vəzifə maaşlarına müəyyən məbləğdə əlavələr ödəniləcək.