Azərbaycan Mərkəzi Bankın (AMB) kollektivinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Öncə Prezident İlham Əliyevin Şuşa şəhərindən xalqa müraciəti izlənildi.
Sonra tədbir iştirakçılarına Mərkəzi Bankın sifarişi ilə hazırlanmış “Heydər Əliyev – Vətənə, xalqa həsr edilən ömür” adlı film, həmçinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları barədə video təqdim olundu.
Tədbirdən sonra Mərkəzi Bankın rəhbərliyi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.