Türkiyənin İstanbul şəhərinin Kireçburun bölgəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Şamil Ayrım, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev, Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva və başqaları iştirak ediblər.
Onlar Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklillər qoyub, xatirəsini ehtiramla yad ediblər.
Can Azerbaycan UmumMilli Lideri Merhum Haydar Aliyev’in Kireçburnu Haydar Aliyev parkındaki doğumunun 100. Yılı etkinliğine katıldım. pic.twitter.com/vzenvnsYFQ
— ŞAMİL AYRIM (@samilayrim) May 10, 2023