10 may 2023 12:50
413

Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin rolu ölkə hüdudlarını aşır- Rusiya KİV

“Heydər Əliyevin karyerası demək olar ki, həmişə böyük məsuliyyətlə müşayiət olunub ki, bu da onun qoyub getdiyi irsin siyasi tərəfinin miqyasını müəyyən edir”.

“İki sahil” xəbər verir ki, bu fikirlər “Nezavisimaya qazeta”nın Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevə həsr olunan məqaləsində əksini tapıb. 

“Müasir Azərbaycanın qurucusunun idarəçilik düsturunu çox vaxt sovet dövrünün sonlarında meydana gələn sistemli modernləşmə zərurətinin yaratdığı çağırışlara məntiqi cavab adlandırırlar. Lakin çağırışlar keyfiyyətcə mürəkkəbləşirdi. Heydər Əliyevin karyerası demək olar ki, həmişə böyük məsuliyyətlə müşayiət olunub ki, bu da onun qoyub getdiyi irsin siyasi tərəfinin miqyasını müəyyən edir”, - məqalədə deyilir.

Yazıda qeyd olunub ki, H.Əliyevin Azərbaycanda apardığı dəyişikliklərin miqyası təbii olaraq onun Sovet İttifaqı səviyyəsində çəkisinin artmasına səbəb olmuşdu.