“Azərbaycan iqtisadiyyatı Ümummilli Lider Heydər Əliyevin sayəsində dirçəlib”.
“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən “Ümummilli Lider Heydər Əliyevin xarici siyasət prioritetləri” adlı konfransda politoloq Tofiq Abbasov deyib.
T.Abbasov Heydər Əliyev ilə bir komandada çalışaraq əvəzsiz təcrübə qazandığını söyləyib.
“Azərbaycan üçün ən ağır illərdə Heydər Əliyev faktiki olaraq ölkəni xilas etdi”, - politoloq bildirib və əlavə edib ki, bütün dünya liderləri ona dərin hörmət və ehtiramla yanaşırdı.
Ekspert Heydər Əliyevin müharibənin ən qızğın günlərində ən qaynar nöqtələrə səfər etdiyini və vəziyyətlə şəxsən ətraflı maraqlandığını xatırladıb.