Azərbaycanda bazar iqtisadiyyatına keçidi Ümummilli Lider Heydər Əliyev formalaşdırıb.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Mərkəzi Bankının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə keçirdiyi tədbirdə bildirib.
"1992-ci ildə dövriyyəyə buraxılmış Azərbaycan manatı 1 il ərzində dəyərini 242 dəfə itirmişdi. Bu gün biz illik 12-13 % inflyasiyanın hansı narahatlığı yaratdığını bilirik və həmin dövrdə, H.Əliyev Azərbaycan iqtisadiyyatını dağılmaqdan qoruyub. 1994-cü ildə atəşkəs razılaşmasının imzalanmasına baxmayaraq, ərazilərin hansı formada idarə olunması ilə bağlı hər hansısa bir ideya olmadığı bir dövrdə, H.Əliyev şəxsi nüfuzu və zəmanəti hesabına "Əsrin müqaviləsi"ni imzaladı, Azərbaycanda bazar iqtisadiyyatına keçidi formalaşdırdı", - deyə deputat qeyd edib.