Yazıçı Məmməd Orucun Xalq şairi Fikrət Qoca haqqında xatirələr kitabı nəşr olunub.
“İki sahil” xəbər verir ki, “Naməlum Fikrət Qoca” adlı kitabda Xalq şairi Fikrət Qocanın geniş oxucu kütləsinə bəlli olmayan bir sıra xüsusiyyətləri yığcam xatirələr formasında toplanıb.
Kitab “Renesans–A” nəşriyyatında çap olunub.
Qeyd edək ki, bu gün saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natavan” klubunda kitabın təqdimatı keçiriləcək.
AMEA-da “Türkoloji Qurultay – 100” mövzusunda respublika elmi konfransı keçirilib
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda seminar keçiriləcək
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq