Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə baş tutan “Bizim gələcək, bizimlə gələcək” adlı intellektual yarışın final mərhələsi keçirilib.
“İki sahil” xəbər verir ki, yarış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçirib.
Tədbirdə Heydər Əliyevin uşaqlar siyasətini özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında iştirakçılara uğurlar arzulayıb və tövsiyələr verib:
"Yarışın məqsədi uşaqların istedad və bacarıqlarının inkişaf etdirilməsi, onların maraqlarına toxunan məsələlərdə iştirakının təmin edilməsi, sərbəst düşünmə və problem həlletmə qabiliyyətinin inkişafı, istedadlı uşaqların cəmiyyətə təqdim olunmasıdır. Bu yarışı qalibiyyət üçün deyil, çoxlu dostlar qazanmaq üçün şans kimi dəyərləndirin".
O, həmçinin Heydər Əliyev İli çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Daha sonra filan mərhələsi keçirilib və qaliblər müəyyənləşib. Sonda qalib komandalara sertifikat və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, intellektual yarışda hər komandada 5 iştirakçı olmaqla ümumilikdə 158 komanda iştirak edib, onlar arasından hər rayondan (Bakı şəhəri üzrə 12 rayon) bir komanda qalib gələrək final turuna vəsiqə qazanıb.