26 aprel 2023 16:17
427

Azərbaycanın inkişafı Heydər Əliyev üçün hər zaman prioritet olub- Rusiyalı deputat

“Heydər Əliyev Azərbaycanın inkişafını hər zaman prioritet hesab edib”.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Juravlev Moskvada keçirilən “Heydər Əliyev: SSRİ və Rusiyanın inkişafında onun rolu” adlı dəyirmi masada deyib.

Onun sözlərinə görə, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin bioqrafiyası böyük hörmətə layiqdir.

“O, həqiqətən də görkəmli şəxsiyyətdir. Azərbaycan xalqı onu çox yüksək qiymətləndirir. Heydər Əliyevə hakimiyyət uğrunda mübarizə aparmaq lazım deyildi, çünki xalq özü onun yanına gəlib, ondan ölkəyə rəhbərlik etməyi xahiş edib. Niyə? Çünki o, dövləti idarə etməyi bacarır və bunu necə edəcəyini anlayırdı. Azərbaycanın inkişafı hər zaman onun düşüncəsində olub”, - o vurğulayıb.

A.Juravlev Heydər Əliyevin danışıqlar aparmaq məsələsində xüsusi istedada malik olduğunu da vurğulayıb: “O, ən çətin vəziyyətlərdə belə razılaşma əldə etməyi bacarırdı. Güclü ölkə qurmağı bacarıb. Böyük şair Nizami Gəncəvidən sitat gətirməyi xoşlayırdı - “Qoy ədalət zəfər çalsın”. Müasir Azərbaycan məhz belə yaşayır. Azərbaycan Prezidenti İlham Əliyev isə Ümummilli Lider Heydər Əliyevin işini davam etdirir”.