Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində "Heydər Əliyev İli"nə həsr olunmuş "Heydər Əliyev irsi" mövzusunda tədbir keçirilib.
Bu barədə “İki sahil”ə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə çıxış edənlər dövlət quruculuğuna misilsiz töhfələr vermiş Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun hələ sovetlər dövründə Azərbaycanda müstəqillik ideyalarının təşəkkül tapmasında müstəsna xidmətlərindən söz açıblar.
Natiqlər Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında göstərdiyi tarixi xidmətlərindən bəhs ediblər.
Qeyd olunub ki, dahi rəhbərin zəngin dövlətçilik təcrübəsi, qətiyyətli əzmi sayəsində bu gün Azərbaycan beynəlxalq miqyasda qüdrətli dövlətlər səviyyəsinə yüksəlib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında ölkəmiz beynəlxalq miqyasda sözünə və imzasına böyük etimad göstərilən güclü bir dövlətə çevrilib.
Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.