Əfsanəvi modelyer Dayan fon Furstenberq haqqında sənədli film çəkiləcək.
“İki sahil” xəbər verir ki, layihə "Hulu" tərəfindən ekranlaşdırılacaq. Film Pakistan əsilli kanadalı rejissor Şarmin Obaid-Çinoy tərəfindən lentə alınacaq.
Ekran işinin adı və nə vaxt yayımlanacağı isə hələlik bəlli deyil.
Qeyd edək ki, yəhudi əsilli modelyer 1969-cu ildə Şahzadə Eqon fon Furstenberqlə ailə qursa da 3 il sonra boşanırlar. Onların Tatyana və Aleksandr adlı övladları var. O, 1985-ci ildən Parisdə yaşayır. Dayan ilk əl işlərini 1970-ci ildən təqdim etməyə başlayır. 2006-cı ildə isə nüfuzlu Amerika moda təşkilatı Amerika Moda Dizaynerləri Şurasının prezidenti təyin edilib.
AMEA-da “Türkoloji Qurultay – 100” mövzusunda respublika elmi konfransı keçirilib
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda seminar keçiriləcək
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq