21 aprel 2023 17:10
810

Türkiyəyə qayıdandan sonra serialın çəkilişlərinin niyə dayandırıldığını öyrənəcəm - Erkin Yılmaz

Azərbaycanla Türkiyənin müştərək serial çəkilişlərinin nə səbəbdən dayandığını bilmirəm.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin kino idarəsinin müdiri Erkin Yılmaz deyib.

O bildirib ki, serial çəkilişi ilə Türkiyənin müstəqil "Bozdağ" şirkəti məşğul olub.

"Türkiyəyə qayıdandan sonra serialın çəkilişlərinin niyə dayandırıldığını öyrənəcəm", - deyə o qeyd edib.