20 aprel 2023 11:49
356

Nazir: Azərbaycan kinosunun 2020-2040-cı il strategiyası hazırlanır

Azərbaycan kinosunun 2020-2040-cı il strategiyası sənədi hazırlanır. Ümid edirik bu forumda səsləndirilən fikirlər, təkliflər həmin strategiyaya öz töhfəsini verəcək.

“İki sahil” xəbər verir ki, bunu “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli deyib.

“Cəmi 10 gün bundan öncə burada Teatr forumu təşkil edilmişdi. Teatr sahəsində dəyərli insanlar bir araya gələrək müzakirələr aparmışdılar. Ümid edirik Kino forumunda da müzakirələr əsnasında problemlərin həlli yolları müəyyən ediləcək”, - nazir əlavə edib.