Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan fləşmob keçirilib.
Bu barədə “İki sahil”ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ulu öndərin anadan olmasının 100-cü ildönümü Azərbaycanda genişmiqyaslı ağacəkmə tədbirləri ilə yaddaşlara həkk olunur.
Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, yaşıllıqlara qayğı ənənələrini davam etdirmək məqsədilə Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsində fləşmob təşkil olunub.
Gənclər ağaclar əkilmiş geniş sahədə “100 il” yazısı nümayiş etdiriblər.