14 aprel 2023 10:25
829

Aftandil İsrafilovun qızı: Atamın vəziyyəti ağır olaraq qalır, reanimasiyadadır

Xalq artisti Aftandil İsrafilovun vəziyyəti ağır olaraq qalır.

“İki sahil” xəbər verir ki, bu barədə APA-ya sənətçinin qızı Həcər İsrafilova məlumat verib.

Onun sözlərinə görə, qarmon ustasının səhhətində irəliləyiş yoxdur.

"Həm ürəyində, həm ağciyərlərində problem var. Reanimasiyadadır. Vəziyyəti ağırdır", - sənətçinin qızı əlavə edib.