13 aprel 2023 12:15
878

Müğənni Səidə Dadaşova xəstəxanaya yerləşdirildi

Müğənni Səidə Dadaşova xəstəxanaya aparılıb.

“İki sahil” xəbər verir ki, sənətçinin bu gün anidən halı pisləşib və onun üçün təcili tibbi yardım çağırılıb.

Xəstəxanaya çatdırılan Səidənin həkim nəzarətində olduğu qeyd olunur.

Ailəsi Dadaşovanın xəstəxanaya yerləşdirilməsini təsdiq edib.