12 aprel 2023 14:16
661

Yuğ Teatrının bina problemi hələ də həll olunmayıb- Vidadi Həsənov

"Yuğ Teatrının binasının olmaması ilə bağlı bir neçə dəfə Mədəniyyət Nazirliyinə müraciət etsək də, hər dəfə "biz bu barədə düşünürük", cavabını almışıq".

“İki sahil” xəbər verir ki, bunu "M-Teatr"ın rəhbəri, Xalq artisti Vidadi Həsənov "Azərbaycan teatrı - 150: inkişaf perspektivləri" mövzusunda keçirilən Teatr Forumunda çıxışında deyib.

"Fikirləşirəm ki, düşünmək yetər, iş görmək lazımdır", - o qeyd edib.

Yuğ Teatrının quruluşçu rejissoru Gümrah Ömər isə bildirib ki, sənət ocağının binasının olmaması dözülməz haldır: "Tamaşalar zamanı maneələrlə rastlaşırıq. Bu cür böyük bir teatrın tamaşalarını biz balaca yerlərdə təqdim etmək məcburiyyətində qalırıq. Bəzən bizə qarşı yaranan əngəllər olur".