11 aprel 2023 16:03
731

Teatrda rollar əmioğlu, dayıoğlu prinsipi ilə verilməməlidir- Nurəddin Mehdixanlı

Teatrda rollar əmioğlu, dayıoğlu prinsipi ilə verilməməlidir.

“İki sahil” xəbər verir ki, bunu Xalq artisti Nurəddin Mehdixanlı "Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışı zamanı deyib.

Xalq artisti teatrlarda rolların ədalət prinsipinə əsaslanmalı olduğunu deyib: "Teatrların özlərinin kommersiya layihələri olmalıdır. Üstəlik, böyük iş adamları və orqanları ilə əməkdaşlıqlar edilməlidir".