11 aprel 2023 14:48
554

Aktyorların maaşı artırılmalıdır, pulsuz ev verilməlidir- Afaq Bəşirqızı

"Həmkarlarımı, aktyorları qınamayın, problemlər çoxdur".

“İki sahil” xəbər verir ki, bunu Xalq artisti Afaq Bəşirqızı “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışında deyib.

O təklif edib ki, mədəniyyət sahəsində Bədii Şura yaradılsın: "Teatrların kateqoriyası məsələsinə diqqət yetirilməlidir. Eyni zamanda, aktyorların maaşına baxılsın, onlara evlər tikilsin".