Dərbənd Azərbaycan Dövlət Dram Teatrında və Tbilisi Dövlət Azərbaycan Dram Teatrında dəhşətli dərəcədə kadr çatışmazlığı var.
“İki sahil” xəbər verir ki, bunu İrəvan Dövlət Dram Teatrının baş rejissoru Sərvər Əliyev “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışı zamanı deyib.
Baş rejissor həmin teatrların problemlərinin də qaldırılmalı olduğunu deyib: "Bu məsələnin həlli istiqamətində mühüm addımlar atılmalıdır. Bu forum ölkəmizin hüdudlarından kənarda olan teatrlara da şamil edilmir. Ona görə də Mədəniyyət Nazirliyi bu məsələ istiqamətində də həmin teatrlara kömək etməlidir".
AMEA-da “Türkoloji Qurultay – 100” mövzusunda respublika elmi konfransı keçirilib
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda seminar keçiriləcək
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq