Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr forumu başlayıb.
“İki sahil” xəbər verir ki, tədbirdə ölkənin mədəni-ictimai xadimləri, xarici qonaqlar və media mənsubları iştirak edir.
İki gün davam edəcək forum çərçivəsində Azərbaycan teatrının bu günü və gələcəyi ilə bağlı təkliflər və ümumi müzakirələr olacaq.