10 aprel 2023 18:02
557

Xərçəngdən əziyyət çəkən Hüsnünün səhhəti necədir?

Bağırsaq xərçəngindən əziyyət çəkən klarnet ifaçısı Hüsnü Şenlendirici səhhətinin yaxşı olduğunu açıqlayıb.

“İki sahil” xəbər verir ki, bunla bağlı musiqiçi sosial şəbəkədə paylaşım edib. O bildirib ki, səhhətində ciddi problem yoxdur. Xəstəxanada olmasına səbəb isə müayinələrin uzun çəkməsidir.

Hüsnü "Əziz dostlarım, sevənlərimi, müayinələrdən sonra həkimlərim əməliyyat olunmağımı məsləhət gördülər. Səhhətim yaxşıdır. Həkim nəzarətində olmalıyam, ona görə də bir neçə gün xəstəxanada qalacağam.Tezliklə sevənlərimin qarşısına çıxacağam" sözlərini əlavə edib.