10 aprel 2023 12:30
526

Azərpaşa Nemətovla vida mərasimi keçirilir

Akademik Milli Dram Teatrının bədii rəhbəri, teatrın baş rejissoru və direktoru Xalq artisti Azərpaşa Nemətovla vida mərasimi keçirilir.

“İki sahil” xəbər verir ki,  Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edir.

Vida mərasiminin ardından cənazə İkinci Fəxri xiyabana aparılacaq və orada dəfn olunacaq.

Xatırladaq ki, Azərpaşa Nemətov dünən 76 yaşında qəflətən ürəktutmasından vəfat edib.