“Super Mario qardaşları kinoda” adlı cizgi filmi beş gündə 377 milyon dollar toplaya bilib.
“İki sahil” xəbər verir ki, o, bütün cizgi filmləri arasında dünya kinoprokatı tarixinin ən yaxşı başlanğıc nəticəsinə imza atıb.
Animasiyanın büdcəsi 100 milyon dollar olub.
Film həmçinin 2023-cü ilin ən yaxşı açılışı, ABŞ-də cizgi filmi üçün ikinci ən yüksək debüt və “Illumination” kinostudiyası üçün ən çox gəlir gətirən film kimi rekordlara sahibdir.
Aprelin 9-na olan məlumata görə, “Super Mario qardaşları kinoda” ABŞ-də 204,6, dünya üzrə isə 173 milyon dollar qazanıb.
Cizgi filmi “llumination”, “Nintendo” və “Universal” tərəfindən yaradılıb.
AMEA-da “Türkoloji Qurultay – 100” mövzusunda respublika elmi konfransı keçirilib
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda seminar keçiriləcək
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq