09 aprel 2023 18:25
720

Azərpaşa Nemətovun vəfatı ilə əlaqədar Teatr forumunun vaxtı dəyişdirilib

Azərbaycan teatr rejissoru, Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri - baş rejissoru Azər Paşa Nemətovun vəfatı ilə əlaqədar Teatr forumunun vaxtı dəyişdirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mədəniyyət Nazirliyi məlumat yayıb.

Belə ki, forum 10-11 aprel tarixlərindən 11-12 aprel tarixlərinə keçirilib.

Qeyd edək ki, Xalq artisti bu gün 76 yaşında dünyasını dəyişib.