09 aprel 2023 11:32
798

Xalq artisti İrana Tağızadə ürək tutmasından vəfat edib

Xalq artisti İrana Tağızadə ürək tutmasından vəfat edib.

“İki sahil” xəbər verir ki,  bu barədə APA-ya onun həyat yoldaşı Firdovsi Atakişiyev məlumat verib.

O, sabah saat 12:00-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında onunla vida mərasiminin keçiriləcəyini qeyd edib.