"Şuşa şəhəri işğal dövründə 30 il ərzində dağıntılara, vandalizmə məruz qalmışdı. İşğaldan azad edildikdən sonra Şuşada cənab Prezidentin tapşırığı ilə bərpa-qurucu işləri aparılır".
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa şəhərində keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimində deyib.
"Şuşada 10-a yaxın abidə bərpa edilib. Yaxın günlərdə digər abidələrin də bərpa işləri başa çatacaq. Hazırda işlər davam edir", - o vurğulayıb.
AMEA-da “Türkoloji Qurultay – 100” mövzusunda respublika elmi konfransı keçirilib
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda seminar keçiriləcək
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq