07 aprel 2023 13:11
521

Heydər Əliyevin 100 illiyi ilə əlaqədar yubiley medalının təsis edilməsi barədə layihə II oxunuşda qəbul olunub

Milli Məclis “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təsdiq edib.

“İki sahil” xəbər verir ki, məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə “Vətən Müharibəsi Qəhrəmanı” medalı hissəsindən əvvəl “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı məzmunda yeni hissə əlavə edilir.

Layihə səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.