07 aprel 2023 11:57
949

Adil Kərimli: Tapşırıq və iradlarımıza əməl etməyənlərin fəaliyyətinə son qoyulacaq

Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Adil Kərimli Mədəniyyət Nazirliyində olan islahatlar barədə danışıb.

“İki sahil” xəbər verir ki,  Adil Kərimli APA-ya açıqlamasında tapşırıq və iradlara əməl etməyənlərin fəaliyyətinə son qoyulacağını deyib.

"Bizim tapşırıqlarımızı lazımi səviyyədə yerinə yetirməyənlər, Azərbaycan mədəniyyətinə xidmət baxımından uyğunsuz fəaliyyət göstərənlər, bu missiyanın öhdəsindən gələ bilməyənlər bizdən ayrılacaq", - o deyib.