04 aprel 2023 17:21
1406

"Harri Potter" yenidən çəkiləcək

Yazar Coan Ketlin Roulinqin məşhur "Harri Potter" kitabı serial olaraq yenidən çəkiləcək.

“İki sahil” xəbər verir ki, layihə film studiyası "Warner Bros" tərəfindən ekranlaşdırılacaq.

Hər mövsüm üçün kitabın 1 cildinin lentə alınacağı bildirilib. Eyni zamanda, Roulinq də serialın çəkilişlərində iştirak edəcək.

Qeyd edək ki, sözügedən əsər əsasında daha əvvəl 7 bölümlük (redf. - sonuncu 2 hissədən ibarətdir) film seriyası çəkilib. Ekran işində əsas rolları Deniel Redkliff, Emma Uotson və Rupert Qrint ifa edib.