“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə mini-futbol turnirinə start verilib.
Qurumdan “İki sahil”ə verilən məlumata görə, əvvəlcə dövlət himni səsləndirilib, ardından Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov komandalara uğurlar arzulayıb. O, müstəqilliyin bərpasından sonra Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasətindən bəhs edərək, Prezident İlham Əliyev tərəfindən bu sahəyə göstərilən xüsusi diqqət və qayğını qeyd edib. X. Məmmədov ölkədə idmanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini vurğulayıb.
Ümumilikdə 16 komandanın iştirak edəcəyi turnirdə SOCAR yığması ilə yanaşı, neft-qaz sənayesində fəaliyyət göstərən digər şirkətlərin kollektivləri mübarizə aparacaqlar.