02 aprel 2023 21:26
556

Azərbaycanda tapılmış küp Luvr muzeyində nümayiş etdirilir

Fransanın məşhur Luvr Muzeyi Azərbaycanla bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, muzeyin Tviter hesabında Azərbaycanda tapılmış küpə dair məlumat verilib.

Qeyd olunub ki, müasir Azərbaycan ərazisində tapılmış küp 1000-1300-cü illərə aiddir. Eksponat hazırda İslam Mədəniyyəti bölməsində nümayiş etdirilir.