01 aprel 2023 16:27
713

Biləsuvarda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib FOTO

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncama uyğun olaraq Biləsuvar rayonunda da bu istiqamətdə silsilə tədbirlər həyata keçirilir. Keçirilən tədbirlərin tərkib hissəsi olaraq bu gün Biləsuvar rayonunda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans təşkil olunub.

“İki sahil” xəbər verir ki,  Heydər Əliyev Mərkəzində keçirilən konfransda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Azərbaycan Milli Elmlər Akademiyasının Radiyasiya Problemləri İnstitutunun baş direktoru, kimya elmlər doktoru, professor İslam Mustafayev, Elmi-tədqiqat Zoologiya İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, Ələddin Eyvazov, Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin dekanı, filologiya elmlər doktoru, professor Fikrət Cahangirov, Bakı Dövlət Universitetinin professoru, fizika elmlər doktoru Azər Əhmədov, Dövlət Məşğulluq Xidmətinin 1 saylı idarəsinin direktoru, iqtisad elmlər namizədi Museyib Əliyev, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Elmi tədqiqat şöbəsinin rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru Hikmət Eyvazov, AMEA-nın Radiyasiya Problemləri İnstitutunun Laboratoriya rəhbəri, fizika elmlər doktoru Müslüm Qurbanov, Bakı şəhər BPİ-nin Nərimanov RPİ-nin 17-ci polis şöbəsinin baş təhqiqatçısı, polis polkovnik leytenantı Asif Qubadov, rayonun hüquq-mühafizə orqanlarının, YAP Biləsuvar rayon təşkilatının rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak edib.

İştirakçılar öncə Ulu Öndərin adını daşıyan parkda ucaldılmış abidəsi ziyarət edərək, əziz xatirəsinə gül dəstələri düzdülər.

Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə başlayan konfransda ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra qonaqlar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış oldular.

Konfransı giriş sözü ilə açan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizdə böyük təntənə ilə qeyd olunduğunu bildirərək, bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən dahi şəxsiyyətin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna xidmətlərdən danışıb. İcra başçısı qeyd edib ki, özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyan bu böyük şəxsiyyətin həyatının böyük hissəsi ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr olunub.Azərbaycan tarixinin önəmli bir dövrü-XX əsrin ikinci yarısı, XXI əsrin başlanğıcı onun adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir.Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycançılıq məfkurəsində əsas yeri Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gətirilməsində, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsindəki əvəzsiz fəaliyyətidir.

Konfransda çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi misilsiz xidmətlərdən, ayrı-ayrı sahələrin inkişafı üçün yaradılan şəraitdən, tolerantlıq, millətini sevmək və Azərbaycançılıq ideologiyasının inkişafından danışaraq, Ulu Öndərlə bağlı xatirələrini diqqətə çatdırmışdır.