“Ehtiyatsızlıq, yoxsa düşmənçilik? Bu, martın 26-da Almaniyanın nüfuzlu “Deutsche Welle” dövlət agentliyinin saytında dərc edilmiş “Ermənistan. Artan yeni müharibə qorxusu” məqaləsini oxuyan hər bir azərbaycanlı oxucunun istər-istəməz verdiyi sualdır”.
“İki sahil” xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalının təqdim etdiyi videosüjetdə danışılır.
Bildirilir ki, alman jurnalist Ani Koxun reportaj formasında hazırlanmış anti-Azərbaycan materialı liberal avropalı oxucunun göz yaşını axıtmağa (erməni xalqına rəğbətləndirməyə) yönəlmiş klişelərin bütün arsenalını ehtiva edir:
“Bu gözyaşardıcı janrın bir nümunəsi belədir: “Burada yeddi nəfərdən ibarət ailə yaşayırdı”, - deyə erməni kişi bildirir və hücumun gecə baş verdiyini qeyd edir. İndi yalnız divarların qalıqları qalıb, pəncərələr sındırılıb, yerdə sınmış qab-qacaq, yeganə qaşıq və köhnə tava var. “Heç kimin zərər görməməsi möcüzədir”, - deyə Xaçatryan əlavə edir...”
Söhbət ötən ilin sentyabrında şərti sərhəddə gedən döyüşlərin nəticələrindən gedir. Ancaq nə eskalasiyanın siyasi konteksti, nə də onun baş vermə səbəbləri haqqında bir kəlmə də yoxdur”.
Ətraflı videosüjetdə:
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir