ARTE telekanalı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasından bəhs edən “Qarabağa qayıdış vaxtıdır” adlı reportaj hazırlayıb.
“İki sahil” xəbər verir ki, 44 günlük müharibədən sonra Qarabağda baş verənlərlə bağlı reportaj hazırlamaq üçün telekanalın müxbirləri Azərbaycana səfər ediblər.
Telekanalın fransız dilində hazırladığı reportajında ötən əsrin 90-cı illərində Ermənistanla Azərbaycan arasındakı birinci müharibə nəticəsində məcburi köçkün düşmüş azərbaycanlılardan, 30 il ərzində onlara verilən “Böyük qayıdış” vədindən danışılır.
Bildirilir ki, iki il əvvəl azad edilən torpaqlara hələlik bir neçə ailə qayıdıb. Hələlik iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb və 2023-cü ilin əvvəlindən danışıqlar dalana dirənib.
Reportajda vurğulanır ki, Azərbaycan Qarabağın firavan gələcəyini qurmaq niyyətindədir. Filmdə, eyni zamanda, 2020-ci ildə azad edilmiş və dağıntılar içində olan ərazilərdə yeni infrastrukturun qurulmasından, evlərin, məktəblərin tikilməsindən, xüsusilə Azərbaycanın mədəniyyət mərkəzi Şuşada aparılan quruculuq işlərindən danışılır.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir