19 mart 2023 14:14
569

Ayrıldıqlarını etiraf etdi

Rusiyalı model Oksana Samoylova reper həyat yoldaşı Ciqanla ayrılması haqda xəbərlərə münasibət bildirib. 

"İki sahil" Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bir müddət əvvəl psixiatriya klinikasında müalicə alan sənətçinin ayrı evdə yaşadığını etiraf edib.

Model bunun səbəbini açıqlamasa da, ərinin uşaqlarla görüşməsinə icazə verdiyini bildirib.

Oksana yaxında hər şeyin üzə çıxacağını da gizlətməyib.

Xatırladaq ki, bir müddət əvvəl cütlüyün ayrıldığı haqda xəbərlər yayılmışdı. Onlar ötən ilin dekabrında dəbdəbəli toy edərək ailə qurmalarının 10 illiyini qeyd etmişdilər.