19 mart 2023 13:57
537

Konsertinin gəlirini məktəblər üçün bağışladı

"Gazapizm" ləqəbli repçi Anıl Murat Acar ötən axşam konsert verib.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, biletləri 240-840 lirə arasında dəyişən konsertin gəlirləri zəlzələ bölgəsindəki məktəblər üçün bağışlanıb.

Yığılan məbləğ artıq "Köy Okulları Değişim Ağı" dərnəyinə göndərilib.