19 mart 2023 09:46
537

Xalça Muzeyi bayramla əlaqədar iki gün fəaliyyət göstərməyəcək

Novruz bayramı ilə əlaqədar Azərbaycan Milli Xalça Muzeyi iki gün fəaliyyət göstərməyəcək.

“İki sahil” xəbər verir ki, muzeydən bildirilib ki, martın 20-21-i istisna olmaqla bayramın digər günlərində muzey ekspozisiyası həmişəki qrafiklə - həftə içi saat 10:00-dan 18:00-a, şənbə və bazar isə 11:00-dan 19:00-dək işini davam etdirəcək.

Bayram günlərini maraqlı və səmərəli keçirmək istəyənlər yollarını muzeydən sala bilərlər.