"Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər tövsiyələrə çevrilir, tövsiyələr beynəlxalq ictimaiyyətə təqdim olunur. Son 10 ildə Forum öz uğurunu sübut edib.
“İki sahil” xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev "Haber Global"a müsahibəsində deyib.
"Dünyada Davos forumu deyilən bir anlayış var. Orada iqtisadi problemlər müzakirə olunur. Münhen Təhlükəsizlik Konfransında daha çox Avro-Atlantik miqyasda təhlükəsizlik məsələləri öndə dayanır. Ancaq burada çox fərqli baxış var. Burada müzakirə olunan məsələlər tövsiyələrə çevrilir, tövsiyələr beynəlxalq ictimaiyyətə təqdim olunur", - H.Hacıyev deyib.
Qeyd edilib ki, "Qafqazın Davosu kimi tanınan 10-cu Qlobal Bakı Forumu 2-ci gün panelləri ilə davam edib. Martın 9-da işə başlayan 10-cu Qlobal Bakı Forumu üçüncü gün sessiyaları ilə yekunlaşacaq.
Qlobal Bakı Forumu 2013-cü ildən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir