"Türkiyə ilə Azərbaycanı bir-biri ilə əlaqələndirəcək Zəngəzur dəhlizinə addım-addım yaxınlaşılır".
“İki sahil” xəbər verir ki, bu barədə “TRT Haber”in saytında yer almış “Zəngəzur dəhlizi addım-addım reallaşır” sərlövhəli məqalədə bildirilib.
Yazıda xatırladılıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan 30 il işğal altında qalan torpaqlarını azad edib:
“Tarixi ərazilərdə yenidənqurma işləri həyata keçirildi, yeni yollar salındı. Mütəxəssislərin fikrincə, Zəngəzir dəhlizi kifayət qədər əhəmiyyətlidir”.
Məqalədə, həmçinin bildirilib ki, Vətən müharibəsi Zəngəzur dəhlizinin açılmasına şərait yaradıb:
“Zəngəzur dəhlizinin açılması sayəsində Türkiyə ilə Azərbaycan arasında yeni kommunikasiya xətləri təmin olunacaq. Həmçinin Azərbaycan vasitəsilə Türkiyə ilə Rusiya arasında quru və dəmiryolu inşa ediləcək”.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir