Ötən həftə erməni siyasətçilərinin və separatçıların növbəti absurd bəyanatları ilə dolu olması baxımından istisna olmadı.
“İki sahil” xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalı videosüjet hazırlayıb.
İlk olaraq Ermənistan baş naziri Nikol Paşinyan Berlində Almaniya federal kansleri Olaf Şoltsla birgə birifinqdə çıxış edib.
O çıxışı zamanı bildirib ki, Qarabağa beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsi Laçın yolu ilə bağlı məsələnin həllində əhəmiyyətli rol oynaya bilər. O, həmçinin bəzi adı açıqlanmayan beynəlxalq tərəfdaşlara çağırış edib ki, “Azərbaycanın Haaqa Məhkəməsinin qərarlarına əməl etməsi” üçün addımlar atsınlar.
Süjetdə qeyd edilib ki, Nikol Paşinyanın qanını qaraltmaq istəməzdi, amma Azərbaycan bütün öhdəliklərini yerinə yetirir və beynəlxalq hüquq qarşısında təmizdir.
Daha ətraflı süjetdə:
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir