“Qalatasaray”ın futbolçusu Mauro İkardi keçmiş həyat yoldaşı Vanda Nara ilə barışıb.
“İki sahil” xəbər verir ki, bu barədə 30 yaşlı hücumçu öz sosial şəbəkə hesablarında paylaşıb.
“O, mənim həyat yoldaşım, tək sevgim, bu həyatdakı kraliçam, qızlarımın anasıdır. Səni sevirəm. Milyonlarla gözəl anlar yaşadığımız 10 illik sevgi... Səni həyatım boyu sevəcəyəm, gözəl kraliçam” - İkardi paylaşımda bildirib.
Qeyd edək ki, Vanda və İkardi ötən ilin sentyabr ayında boşanmışdılar. Cütlük noyabr ayında barışsa da, sonra yenidən ayrılmışdı. Vanda həmçinin İkardinin meneceri olub.