“Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) "Həftə" proqramının müəllifi və aparıcısı Rövşən Məmmədov verilişin son buraxılışında İranın Xoy şəhərində zəlzələdən əziyyət çəkən soydaşlarımıza laqeyd münasibətini sərt tənqid edib.
“İki sahil” xəbər verir ki, QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, cənubi azərbaycanlıların zəlzələdən sonra İranda çətin və dözülməz şəraitdə yaşadığını deyən Rövşən Məmmədov molla rejiminin onlara sahib çıxmadığını bildirib. Qeyd olunub ki, İran onlara nə özü yardım edir, nə də kömək etmək istəyənlərə icazə verir.
Eyni zamanda bildirilib ki, zəlzələ bölgəsinə səfər edən İran Prezidenti İbrahim Rəisi böyük etirazla qarşılanıb.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır