Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti humanitar yardımı bu gecə təyyarə ilə qardaş ölkəyə yola salınıb.
“İki sahil” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib.
240 ədəd çadırdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.
Talassemiyalı xəstələrin həyat keyfiyyətini artırmaq üçün hansı addımlar tətbiq olunur?
Talassemiyalı xəstələrin həyat keyfiyyətini artırmaq üçün hansı addımlar tətbiq olunur?
İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib