Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirir.
FHN-dən "İki sahil"ə verilən məlumata görə, əməliyyatlar çərçivəsində dünən Kahramanmaraşda FHN-in xilasedicilərinin şücaəti və peşəkarlığı sayəsində mürəkkəb xilasetmə əməliyyatı nəticəsində zəlzələdən sonra dağıntılar altında 86 saat qalmış (dünən Türkiyə vaxtı ilə saat 18:00 radələri) 17 yaşlı yeniyetmə oğlan və 89 saat sonra isə (Türkiyə vaxtı ilə saat 21:00 radələri) 12 yaşlı qız uşağı sağ xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Talassemiyalı xəstələrin həyat keyfiyyətini artırmaq üçün hansı addımlar tətbiq olunur?
Talassemiyalı xəstələrin həyat keyfiyyətini artırmaq üçün hansı addımlar tətbiq olunur?
İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib