Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan kuryer şirkətlərindən birinin əməkdaşları - Sübhan Qəhrəmanov və Elgün Quliyev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə verilən xəbərə görə, onların üzərində şəxsi axtarış aparılan 6 qrama yaxın marixuana aşkar edilib.
İlkin sorğu zamanı bu şəxslər narkotikləri həmkarları Ayxan adlı şəxsdən onlayn yolla aldıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs - Ayxan Məmmədov da tutularaq istintaqa təqdim edilib.
Onun üzərindən və evindən isə 7 qrama yaxın marixuana aşkar edilib. Ayxan Məmmədov isə ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə Məhəmməd adlı şəxsdən aldığını bildirib. Adı çəkilən sonuncu şəxsin tutulması istiqamətində keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Hacıyev də saxlanılıb. Onun idarə etdiyi avtomobildən 5 kiloqramdan artıq marixuana akar edilib.
Məhəmməd Hacıyev paytaxt ərazisində taksi fəaliyyəti adı altında narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. O, marixuananı sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti məlum olmayan İran vətəndaşından aldığını qeyd edib. Aşkar edilən faktlarla bağlı toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam edirilir.
Qeyd edək ki, 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əlavə 5, həmçinin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən 1 nəfər saxlanılıb. Onlardan müxtəlif xassəli narkotik vasitələr və 1 ədəd “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.
Vəkillər Kollegiyasının sədri yeni təyin olunan hakimlər üçün icbari tədris keçib
Vətən Müharibəsi Şəhidi Əliyev İmran Əli oğlunun doğum günündə əziz xatirəsi yad edildi
Emin Əmrullayev Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisi ilə tanış olub
Azərbaycan və Türkiyənin Baş prokurorları Bakı Dövlət Universitetində mühazirə oxuyublar
Pestisid və aqrokimyəvi maddələrin dövriyyəsi ilə bağlı 203 obyektdə monitorinq aparılıb
Ombudsman Aparatında Qazaxıstanın bir qrup dövlət qulluqçusu ilə görüş keçirilib