Bu ilin əvvəlindən müəyyən olunan 600 minə qədər dövrü yoxlama müddəti tamam olan qaz sayğaclarının plana əsasən 300 minə qədərinin əvəz olunması nəzərdə tutulub.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
Onun sözlərinə görə, qaz sayğaclarının əvəz edilməsi dövrü bir prosesdir və gündəlik mütəmadi olaraq aparılır.
Qurum rəsmisi bildirib ki, eyni zamanda, qeyri-əhali abonentlərində quraşdırılan 300 minədək məişət qaz sayğacları mövcuddur: “Onlardan da 4 400-ünün dövrü yoxlama müddəti tamam olub. Plan olaraq onların da əvəz olunması nəzərdə tutulur”.
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib