Sabah axşam saatlarından yanvarın 12-si səhər saatlarına qədər hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib.
“İki sahil” xəbər verir ki, bu haqda "Report"un sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.
Məlumata görə, istehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb.
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib